Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı görüş keçirilib

Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı görüş keçirilib


Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı görüş keçirilib

Abşeron rayonunda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı Regional filialının müdiri Nurlan Məmmədzadə, Sumqayıt şəhərinin, Abşeron, Siyəzən və Xızı rayonlarının polis idarələrinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak ediblər.
Sədaqət Qəhrəmanova çıxış edərək, icra hakimiyyətlərində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar müvafiq tədbirlərinin vacibliyini qeyd ediblər.
Görüşdə Gülnar Rəhimova “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icrası ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, eyni zamanda məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayıb.
Sonra çıxış edən monitorinq qruplarının üzvləri yerlərdə baş verən məişət zorakılığı halları ilə bağlı daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər, qarşıya çıxan problemlər və onların həlli yollarını müzakirə edib.

Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı görüş keçirilib
Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı görüş keçirilib