(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb

10-05-2022, 22:32 4 tedbirler

Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb


Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil, mədəniyyət ocaqlarında videokonfranslar, sərgilər təşkil edilir və Ulu Öndərin elmi-nəzəri irsi, idarəetmə fəlsəfəsi öyrənilir.

Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, Abşeron rayon Gənclər və İdman idarəsinin və Abşeron Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan şahmatçılar arasında təsnifat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon Heydər Əliyev Mərkəzinin reallaşan mükafatlanma mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə bir töhvədir.

Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti onun idmana qayğısı haqqında nitq söyləyib. Natiq Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusi ilə nəzərə çatdııb.

Daha sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, turnir 9 turdan ibarət olub və İsveçrə sistemi üzrə keçirilib. Turnirdə beş ( 8, 10, 12, 14, 16 ) yaş qrupunda 68 oğlan və qız (A və B quruplarında ) şahmatçı mübarizə aparıb.

Çıxışlardan sonra qaliblər diplom, medal və kubokla təltif ediliblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb
Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb
Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb
Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb
Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla