Abşeron rayon Heydər Əliyev Mərkəzində “Fövqəlbəşər şəxsiyyət “ adlı tədbir və kitab sərgisi keçirilib.
7-05-2022, 14:06 8 tedbirlerMayın 6- da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Fövqəlbəşər şəxsiyyət “ adlı tədbir və kitab sərgisi keçirilib.
Tədbirə Ulu öndəri bir dəqiqəlik sükutla yad edərək başlanılıb.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, rayon Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova, MKS- in əməkdaşı Ellada Məhəmmədova çıxış edərək, Heydər Əliyevin əvəzsiz şəxsiyyət olduğunu, onun Azərbaycan xalqı üçün gördüyü işlərdən bəhs ediblər və xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin Vətənin xilaskarı və qurucusu olduğunu vurğulayaraq, Azərbaycan xalqının öz xilaskarını heç vaxt unutmayacağını, hər zaman böyük hörmət və ehtiramla yad edəcəyini bildiriblər