(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib

4-05-2022, 23:05 9 tedbirler

Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib


Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin giziri Tahirov Vüsal Mehdi oğlunun anadan olmasının 25-ci il dönümü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

Bildirilmişdir ki, hər bir Azərbaycan oğlu kimi Vüsal Tahirov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də Vətən Müharibəsi zamanı silaha sarılaraq cəbhəyə yollanmış və düşmənin qarşısında sipər olmuşdur.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların problemləri və qayğıları ilə maraqlanmışdır.

Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilmışdır. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri və qazilər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişdlər.

Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunmuş, şəhidin həyat və fəaliyyətindən söz açılmışdır.

Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib
Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib
Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib
Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib
Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib
Abşeron rayonunda şəhid Vüsal Tahirovun doğum günü qeyd edilib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla