(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.

3-05-2022, 20:00 33 tedbirler

Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.


Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” ,“Xocavəndin azad olunmasına gorə”və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidimizim keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilmişdir.

Daha sonra tədbir Sumayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbir əvvəlcə dövlət himni ilə başlanıb,sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri və qazilər,din xadimləri çıxış etdilər.Onlar şəhidin həyat və döyüş yolundan söz açdılar.
Sonra isə Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olundu.

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş, onların problermləri və qayğıları ilə maraqlanmışdır. RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd etmişdir.

Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.
Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.
Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.
Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.
Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.
Abşeron rayonunda Abbasov Səxavət Rizvan oğlunun mövlud günü qeyd edilmişdir.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla