Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyi və”Resource Hub”ın təşkilalatçılığı ilə “Şəxsi inkişaf” mövzusunda təlim baş tutub.
Təlim “MOCI-Qafqaz”platformasının yerli təlimçisi,fasilitator Orxan Məsimov tərəfindən keçirilib.
Təlimdə iştirakçılara:
Özünükəşf və onun vacibliyi;
VISA nədir?;
Özünükəşf üçün alətlər və s. Mövzular haqqında ətraflı məlumat verilib.
Təlim boyunca iştirakçılar öz VISA-larını təyin ediblər.Təlim enercayzerlər və müxtəlif alətlərin vasitəsi ilə interaktiv formada keçirilib.