Abşeron rayon Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunan tədbir keçirilib

Martın 31-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan "Tariximizin qan yaddaşı" adlı tədbir keçirilib.
Uşaq incəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunduqdan sonra Ümummilli lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və vətənizimin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov və rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev ermənilərin tarix boyu törətdiyi vəhşiliklərdən, onların xalqımıza qarşı yürütdükləri soyqırımı siyasətindən söz açıblar. Vurğulayıblar ki, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla bütün dünya erməni vəhşiliklərinin şahidi olub və 31 mart tarixdə Azərbaycanlıların Soyqırımı Günü kimi tanınıb.