(+99412) 342 68 58 info@absheron-hac.az

Bu gün Abşeron rayon Heydər Əliyev mərkəzində “zəfər tariximiz”adlı dəyirmi masa keçirilmişdir!

4-10-2021, 00:00 13 tedbirler

Bu gün Abşeron rayon Heydər Əliyev mərkəzində “zəfər tariximiz”adlı dəyirmi masa keçirilmişdir!



Tədbiri Heydər Əliyev mərkəzinin direktoru Tükəzban Həsənova elan etdi!O öz çıxışında: “ Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.”
Tədbirdə həmçinin mərkəzin əməkdəşları,Şəlalə Nəsibova,Aidə Qurbanova, və Rəşidə Rzayeva iştirak ediblər
Onlar zəfər tarixi mövzusunda çıxış etdilər.
Onlar çıxışlarında:Bu zəfəri ,sevinci bizə yaşadan oğullarımıza ,qazilərimizə öz minnətdarlığlarını bildirdilər.Ali baş komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində də bu zəfəri yaşadığlarını dilə gətirdilər.Bu qələbəni bizə yaşatmaq üçün canından keçən,həyatları yarım qalan oğullarımızın,şəhidlərimizin ruhu qarşısında baş əydiklərini bildirmişlər!

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla