(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda "ASAN könüllüləri” üçün kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib

20-05-2017, 15:28 383 tedbirler

Abşeronda "ASAN könüllüləri” üçün kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib


Bu gün Xırdalan şəhəri Heydər Əliyev adına mərkəzdə Abşeron Rayon İcra Hakimiyyətinin və “Asan School” təcrübə məktəbinin birgə layihəsi üzrə yaradılmış “Kompüter İnformatika kurslarının” ilk məzunlarına sertifikatların təqdim edilməsi ilə əlaqədar "dəyirmi masa" keçirilib.
Toplantıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, tədris kurslarının rəhbəri Şamo Əliyev, eləcə də tələbələr iştirak edib.

F.Cəbrayılov Abşeron Rayon İcra Hakimiyyəti və Asan Xidmət Məlumat Mərkəzinin birgə layihəsinin təqdirəlayiq hal olduğunu bildirərək gənclərin bu kurslarla bəhrələnərək işlə təmin oluna bildiyinə görə “Asan School” təcrübə məktəbinə minnətdarlığını ifadə edib. Eləcə də kompüter kurslarına cəlb olunanların sayının çox olması məqsədi ilə elanların zəruriliyini vurğulayıb. Gənclərə ilk addımlarında xeyir-dua verərək, qeyd edib ki, rayonda gənc və istedadlı kadr bazasının olması olduqca vacib amillərdən biridir və İcra Hakimiyyəti gənclərə dəstək məqsədi ilə onların işlə təmin olunmasında yerli sahibkarlarla görüşlər təşkil edəcək.

C.Hacıyev bildirib ki, işlə təmin olunmuş 500 nəfər gəncdən ibarət könüllülər komandası – məlumat mərkəzinin əsas kadr bazasıdır. Bu layihə həm də mərkəzləşdirilmiş "asan.az" internet portalı vasitəsi ilə həyata keçirilir. Gənclərin gələcəkdə işlə təmin olunması üçün mərkəzin digər dövlət və özəl qurumlarla da əməkdaşlıq etdiyini bildirib. Daha sonra İradə Gülməmmədova başda olmaqla, Abşeron Rayon İcra Hakimiyyətinə, keçirilən tədbirə görə dərin ehtiramını bildirən C.Hacıyev, ulu öndərin adını daşıyan möhtəşəm sarayda gənclərlə birgə "dəyirmi masa"nın keçirilməsini ümummili liderin gənclərlə bağlı siyasətinə verilən bir səs kimi qiymətləndirib. Belə layihələrin gələcəkdə inkşaf etdirilməsini və daha da təkminləşdirilməsini arzu edən C.Hacıyev tədris kursu ilə əlaqədar gənclərin yalnız müsbət sədalarını eşitdiyinə görə növbəti kurslara start verilməsində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Tədris kurslarının rəhbəri Ş.Əliyev bu kursların Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə ilk öncə imkansız insanlar üçün yaradıldığını bildirib. Hazırda mərkəzdə yalnız adıgedən kurslar deyil, rəssamlıq, smart sinif, elektron kitabxana, fotostudiya və s. kimi kabinetlərin xidmət göstərdiyini deyib. Tədris kursunun ilk buraxılış sinifinin ofis proqramları, dizayn proqramları kimi əlavə proqramlara da yiyələndiyini qeyd edib. Birgə layihənin davam etdirilməsini dəstəkləyən kurs rəhbəri bu cür hazırlıqların gələcəkdə intellektual cəmiyyətin formalaşmasına təkan olmasını qeyd edib.

Daha sonra kursu müvəffəqiyyətlə başa vurmuş "ASAN Könüllüləri"nə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Abşeronda "ASAN könüllüləri” üçün kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib
Abşeronda "ASAN könüllüləri” üçün kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla