Aqşin Əlizadə

Aqşin Əlizadə


Aqşin Əliqulu oğlu Əlizadə — Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti (1987), professor (1988), Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1978).

Aqşin Əlizadə 22 may 1937-ci ildə Abşeron rayonunda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.

Mükafatları

Azərbaycan SSR Dövlət mükafatı — 1978[2]
"Şöhrət" ordeni — 1997
"Şərəf" ordeni — 2012

Ailəsi

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur.
Bəstəkar Əli Əlizadənin atasıdır.

Baletlər

"Babək" (1979)
"Qafqaza səyahət" (2002)
"Ümid valsı" (2008)

Orkestr üçün bəstələr

Beş simfoniya
Skripka ilə orkestr üçün konsert
Violonçel ilə orkestr üçün poema

Kamera əsərləri

Kamera simfoniyası
"Kənd süitası"
"Uşaq süitası"
"Pastoral"
"Aşıqsayağı"
"Cəngi"
"Abşeron lövhələri"
"Şirvan lövhələri"
Skripka və fortepiano üçün "Portret"
Fortepiano üçün "Dastan"
Fortepiano üçün "Köhnə oyunlar"
Skripka və orqan üçün "Dialoq"

Vokal-simfonik əsərlər

"Azərilər" və "Təntənə" kantatası
"Ana torpaq" odası
"Bayatılar" (xor tsikli a capella)
"Qədim laylay" (a capella xoru üçün)
"Yumoreska" (uşaq xoru üçün)

Filmoqrafiya

SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
Bu, Səttar Bəhlulzadədir (film, 1969)
Axtarış həvəsi (film, 1970)
Fitnə (film, 1970)
Dəmir ağac (film, 1971)
Torpaq patriarxları (film, 1971)
Tülkü həccə gedir (film, 1971)
Çaqqal oğlu çaqqal (film, 1972)
Qızıl qaz (film, 1972)
Odla təmasda (film, 1972)
Bulud niyə ağlayır? (film, 1973)
Göyçək Fatma (film, 1973)
Ceyrançöl (film, 1974)
Rəqiblər (film, 1974)
Tütək səsi (film, 1975)
Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
Üzü küləyə (film, 1977)
Akt və fakt (film, 1978)
Qəribə adamlar (film, 1978)
Toral və Zəri (film, 1979)
Gözlə məni (film, 1980)
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Çarə (film, 1981)
Üzeyir ömrü (film, 1981)
Ötən ilin son gecəsi (film, 1983)
Alayarımçıq (film, 1984)
Avqust gələndə (film, 1984)
Xəbərdarlıq (film, 1984)
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Kölgədə 40 dərəcə isti (film, 1987)
Pirverdinin xoruzu (film, 1987)
Kross (film, 1989)
Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
Matəm (film, 1990)
Ləqəbi "İKA"dır (film, 1997)
Deportasiya (film, 2001)
Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
Unudulmuş qəhrəman (film, 2005)
Bağ yerində (film, 2007)
Qafqaz (film, 2007)
Məhkumlar (film, 2007)
Ömür urası (film, 2007)
Təxəllüsü "Mixaylo" (film, 2008)
Aqşin Əlizadə (film, 2011)