(+99412) 342 68 58 info@absheron-hac.az

Süleyman Rüstəm

20-05-2017, 13:57 276 Görkəmli şəxsiyyətləri

Süleyman Rüstəm


Süleyman Rüstəm 1906-cı il martın 12-də Abşeron rayonunun Novxanı kəndində anadan olmuşdur. ADU-nun şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.

Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

Oxşar xəbərlər

Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Sabit Orucov

21.05.17 Görkəmli şəxsiyyətləri
Mirəsədulla Mirqasımov

21.05.17 Görkəmli şəxsiyyətləri
Nəbi Xəzri

20.05.17 Görkəmli şəxsiyyətləri
Səyavuş Aslan

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla