(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron Novruz bayramına hazırlaşır

12-03-2018, 10:56 293 elanlar

Abşeron Novruz bayramına hazırlaşır


Xalqımızın milli adət və ənənələrini özündə əks etdirən Novruz bayramının gəlişi münasibətilə Abşeron rayonunda İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq martın 16-da Beynəlxalq Novruz Gününə həsr olunmuş ümumrayon şənliyi keçiriləcək.

Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçiriləcək şənlikdə pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

Başdan-başa “bayram libası”na bürünəcək parkda kiçik səhnələr quraşdırılacaq. Burada xalq sənətkarlarının əl işləri, rəssamların tabloları nümayiş etdiriləcək, Novruzla bağlı mərasim səhnələri göstərilib, meyxana və saz ustaları folklor nümunələri ifa edəcək, məktəblilər şeirlər oxuyub, gənc pəhləvanlar qüvvələrini sınayacaqlar.

Bahar bayramının ənənəvi elementlərindən olan xoruz döyüşdürmək də yaddan çıxarılmayıb.Şənlikdə rayonun bağca və məktəb kollektivlərinin hazırladıqları Novruz stendləridə nümayiş olunaçaq.

Novruz atributları və rəmzləri ilə bəzədiləcək parkda İlk dəfə olaraq 1500-ə yaxın milli geyimli xanımlar bayram şənliyinə qatılacaq.

Oxşar xəbərlər

Şıxəli Qurbanov

21.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla