(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron sakinləri üçün ödənişsiz kompüter kursları təşkil olunacaq

21-05-2017, 22:54 409 elanlar

Abşeron sakinləri üçün ödənişsiz kompüter kursları təşkil olunacaq


Abşeron rayonunda imkansız ailələr, əlil və müharibə veteranları, eləcə də onların övladları ücün ödənişsiz kompüter kursları keçiriləcək.

Layihənin məqsədi rayonda yaşayan şəhid ailələri, əlillər və imkansız ailələrin övladlarına informasiya-kommunikasiya texnologiyaları sahədə biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır.

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə hər il düzənlənən bu layihədə cari ildə də 100-ə qədər şəxs yararlana biləcək.
Kurslarda kompüterin hissələri (Hardware) haqqında ətraflı məlumat veerilcək, kompüterlərə texniki xidmətin göstərilməsi, proqram təminatı (Software) və magistraturaya hazırlıq həyata keçiriləcəkdir.

Kursun sonunda məzunlara Abşeron rayon Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim ediləcək.

Dərslər texniki avadanlıqlarla tam təmin edilməklə həftədə 2 dəfə 4 ay müddətində keçiriləcək. İştirakçıların qeydiyyatı cari il martın 1-dən başlayaraq 20-ə qədər davam edəcək.

Yuxarıda göstərilən kriteriyalara uyğun gələn şəxslər Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində ayrılmış xüsusi bölməyə müraciət edərək şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçə bilərlər.

Rayon İcra Hakimiyyətinin təqdim etdiyi bu kurs özündə nəzəri materialların təcrübi işlə mənimsənilməsini birləşdirir.

Praktiki iş zamanı dinləyicilərdə kompüterlərin yığılması və təmiri üzrə peşəkar vərdişlər formalaşacaqdır. Tədris proqramının professional şəkildə tərtibatı dinləyicilər tərəfindən dərs materiallarının səmərəli və effektiv mənimsənilməsinə imkan yaradır.Bu kursu bitirdikdən sonra dinləyicilər müstəqil şəkildə müxtəlif növ kompüterləri yığa və modernizasiyasını həyata keçirə biləcəklər.Windows əməlliyat sistemini yükləyə və konfiqurasiya edə biləcək, stasionar kompüterlərin və noutbukların texniki xidmətini həyata keçirəcəklər. Onlar informasiya texnologiyası sahəsi üzrə mütəxəssis, kompüter və onun avadanlıqları üzrə satış meneceri və İT ilə bağlı digər işlərdə işləyə biləcəklər.

Dərslər uzun illərin təcrübəsinə malik olan peşəkar müəllim Şamo Əliyev tərəfindən tədris olunur.

Əlaqə nömrələri:
(+99455) 951-81-81
(+99451) 847-37-27

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla