(+99412) 342 68 58 info@absheron-hac.az

“Oxu Günü-8” adlı tədbir keçiriləcək.

22-04-2022, 22:40 11 elanlar

“Oxu Günü-8” adlı tədbir keçiriləcək.


Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə 23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında “Oxu Günü-8” adlı tədbir keçiriləcək.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.

“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək.

Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Əlavə məlumat üçün bildirək ki, sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək.

Oxşar xəbərlər

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Abşeron rayonunda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir

10.04.11 ---

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla