(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

11-05-2020, 13:00 27 elanlar

Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

Noyabrın 16-da Abşeron rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib.

Məktəblilər Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə olunmuş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmlənməsində önəmli rol oynayacaq, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.

Xanım başçı çıxışında vurğulayıb ki, Abşeron şagirdləri də 7-ci dəfədir ki, bu tur-aksiyada iştirak edir. Hər aksiyada 40 şagird yola salınıb. Bu dəfəki turla birlikdə artıq 280 Abşeronlu yeniyetmə Azərbaycanımızın 3 istiqaməti üzrə (Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Lənkəran-Masallı-Lerik-Astara) səfərdə olmuş və oranın tarixi, mədəniyyəti, eləcə də inkişafı ilə tanış olmuşdur. Sevindirici haldır ki, ötən il yeniyetmələrimiz Gəncədə olarkən orada olan bütün şagirdlər arasında keçirilən “Nə, Harada, Nə Vaxt” intellektual oyunlarında Aşeronun iki komandası – “Xəmsə” və “Qəzəlxan” I və II yerləri qazanmışdır. 9 rayonu təmsil edən komandalar arasında bizim yeniyetmələrimizin qalib gəlməsi rayonumuzun təhsil səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirdi.

Daha sonra tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, “ Həmvətənlərə dəstək” İctimai Birliyinin sədri Elmar Hüseynov, Rayon Ağsaqqallar Şurasının üzvü Rasim Hüseyinov, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nuranə Babazadə, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əli Vəlizadə, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zeynəb Dadaşova, valdeyinlərdən Aynaz Abıyeva və Aynur Sultanova çıxış ediblər.

Tədbirdə çıxış edən ziyalılar, şagirdlər və valideyinlər yaradılan bu şəraitə görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşü Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova yekunlaşdırıb, səfərə çıxanlara uğurlu yol arzulayıb, gənclərə Abşeronun adını uca tutmağı tövsiyə edib.

Məlumat üçün bildirək ki, Abşeronlu tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkir rayonunda orta əsr Şəmkir şəhəri, Abidələr parkı, Alman kilsəsi, İstiqlal parkı və “Nəfis çörək” zavodu, Göygöl rayonunda alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.

Oxşar xəbərlər

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla