Abşeronun Əhalisi

Abşeronun Əhalisi


Abşeron rayonu 04 yanvar 1963-cü ildə təşkil edilmişdir. Abşeron yarımadasında yerləşən rayon Abşeron iqtisadi zonasına daхildir.
Rayonun ərazisi 1966,1 kvadrat kilometrdir.

01 yanvar 2016-ci il tariхə rayon Statistika idarəsinin rəsmi məlumatına əsasən rayon əhalisinin sayı 208,2 min nəfər, rayon İcra Hakimiyyətinin apardığı rəsmi araşdırmaya əsasən isə 500 min nəfərdən çoxdur.

Abşeron rayonunun ərazisində Ermənistan respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, torpaqlarımızın işğalı nəticəsində isə 36,6 min nəfər (9957 ailə) məcburi köçkün müvəqqəti məskunlaşmışdır.